17.05.2022 12:03

Cabbarov: Azərbaycan ÜDM-də KOB-un payının 60%-dək artırılmasına hədəflənib

Azərbaycan ilə Aİ arasında iqtisadi münasibətlərdə enerji daşıyıcıları böyük önəm kəsb edir, lakin digər əməkdaşlıq istiqamətlərini də inkişaf etdirmək lazımdır. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.

“Azərbaycanla Aİ arasında iqtisadi münasibətlərdə enerji daşıyıcıları böyük əhəmiyyət kəsb edir. Son zamanlar dinamika xüsusən təbii qaza tələbatın artdığını göstərir. Düşünürəm ki, biz ancaq qaz ixracına diqqəti yönəltməməliyik, bu əlbəttə ki, prirotet olaraq qalacaq, buna baxmayaraq, digər sahələrdə də əməkdaşlığı inkişaf etdirmək lazımdır”, - Cabbarov çərşənbə axşamı Azərbaycan-Aİ biznes forumunda bildirib.

Nazir qeyd edib ki, son 5 il ərzində Azərbaycanda miqyaslı iqtisadi islahatlar aparılıb.

Onun sözlərinə görə, Azərbaycanda əlverişli biznes mühit var.

“Son beş il ərzində xüsusilə fiskal siyasət, gömrük, vergi inzabatçılığı, xidmətlərin sayının artırılması, rəqəmsallaşma, onlayn platformaların yaradılması, bürokratik aparatla təmasların azaldırlması ilə əlaqədar islahatlarımız yeni iş yerləri yaratmağa, vergi ödəyicilərinin sayını arırmağa imkan verib”, - nazir deyib.

Cabbarov vurğulayıb ki, hökumət 2026-cı ildək Azərbaycanın ÜDM-də KOB-un payını 60%-dək, qeyri-neft sektorunda kiçik və orta şirkətlərin payını isə 40%-ə çatdırmağı vəzifə qoyub.

**

X.Nəsirzadə, B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.