2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 20 milyard 463,2 min manat təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 19,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycanda orta illik inflyasiya 12,4% təşkil edib.
Statistik məlumatlara görə, yanvar-aprel aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 19,1% - 2 min 37,5 manata qədər artıb.
Yanvar-aprel aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 18 milyard 135 milyon manat qalır ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 19,8% çoxdur.*
X.Nəsirzadə