İran İslam Respublikasında səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə görüşüb.
“İnterfaks-Azərbaycan” agentliyi İran mətbuatına istinadən məlumat verir ki, “görüş zamanı son regional hadisələr və Azərbatcanla İran müdafiə və təhlükəsizlik sahəsində münasibətlərin genişlənməsi müzakirə olunub”.
Bundan əlavə, Azərbaycanın Tehrandakı səfirliyi məlumat verib ki, Mustafayev həmçinin İranın xarici işlər naziriHüseyn Əmir Abdullahian ilə görüşüb. Görüş zamanı ikitərəfli ticari-qitisadi fəaluyyətin genişlənməsi məsələləri müzakirə edilib. **
R.Əhmədov