2022-ci ilin payızında RF-nin Novosibirsk vilayətinin şirkətlərinin Azərbaycana əyani missiyası planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan”a biznes dairələrindəki mənbə məlumat verib.
Onun sözlərinə görə, ötən həftə RF-nin Novosibirsk vilayətinin şirkətləri Bakıda keçirilən «InterFood Azerbaijan 2022» və «Caspian Agro» Beynəlxalq sərgilərdə iştirak ediblər.
“Novosibirsk vilayətinin İxraca Dəstək Mərkəzi 2022-ci ilin payızında Azərbaycana əyani biznes missiya planlaşdırır. Missiya çərçivəsində əməkdaşlığın təçkili və genişlənməsi məqsədilə sahibkarlar arasında görüşlərin keçirilməsi planlaşdırılır”, - o əlavə edib. **
R.Əhmədov