Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “Qaraheybət” Təlim Mərkəzində yeni istifadəyə verilən hərbi infrastruktura baxış keçirib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Müdafiə nazirinə məruzə olunub ki, burada müasir döyüş üsullarının praktiki tətbiq edilməsi üçün real şəraitə uyğunlaşdırılmış təlim sahələri inşa olunub”, - deyə məlumatda bildirilir.
General-polkovnik Z.Həsənov hərbi qulluqçuların döyüş hazırlığının və peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, müasir təlim-məşq üsullarının öyrənilməsi və tətbiqi, həmçinin tikinti işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.*
E.Şəfiyev