Heç bir xarici tibbi avadanlıq təchizatçısı Rusiya Federal Tibbi-Bioloji Agentliyinə (FTBA) tədarükdən imtina etməyib. Bunu agentliyin rəhbəri Veronika Skvortsova deyib.
“Biz logistikanı işləyib hazırlamışıq və əslində indi heç kim bizə tədarükdən imtina etmir. Müxtəlif idxal vektorları (Türkiyə və ya Azərbaycan, Mərkəzi Asiya ölkələri vasitəsilə), müxtəlif variantlar var”, - deyə Skvortsova bu gün Federasiya Şurasının Sosial siyasət komitəsinin iclasında bildirib.*