Cümə günü Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
Qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşılayıb.
“Görüş zamanı Həsənov Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, gələcəkdə də bu istiqamətdə görülən işlərin daha da artırılmasının vacibliyini diqqətə çatdırıb”, - məlumatda deyilir.
Həmçinin, tərəflər Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. **
E.Şəfiyev