Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cümə günü Avropa İttifaqına üzv ölkələrin nümayəndə heyəti və Bakıda akkreditə olunmuş səfirləri ilə görüş keçirib.
“Brüssel sülh gündəliyinin davamı çərçivəsində Aİ-nin nümayəndə heyəti və Bakıda akkreditə olunmuş səfirləri ilə səmərəli görüşümüz olub və fikir mübadiləsi aparılıb”, - Hacıyev öz Twitter hesabında yazıb. **