Azərbaycanda koronavirus infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 746-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün həmçinin 3 yoluxma faktı qeydə alınmışdı.
COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 712 nəfər təşkil edir.
Virusa yoluxmuş 782 min 987 nəfər (sutka ərzində +9) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 47 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 163 (ötən gün 2 min 692 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 885 min 286test aparılıb.**
E.Şəfiyev