Bolqarıstan prezidenti Rumen Radev qeyd edir ki, Sofiya Bakı ilə münasibətlərə böyük önəm verir.
“Bolqarıstan Respublikası strateji tərəfdaşı olan Azərbaycan Respublikası ilə münasibətlərinə böyük önəm verir”, - Radev Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə prezident İlham Əliyevə ünvanladığı təbrikdə yazıb.
Təbrik məktubunun mətni bazar günü Azərbaycan prezidentinin saytında dərc olunub.
Radev qeyd edib ki, son 30 ildə Bolqarıstanla Azərbaycan arasındakı intensiv və səmərəli dialoq Sofiyanın mövqeyini təsdiq edir.
Onun sözlərinə görə, Sofiya ilə Bakı qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlıq üçün “çox yaxşı” imkanlar var.
Radev əlavə edib ki, inanır ki, Əliyevin bu il Bolqarıstana səfər etməyi ilə bağlı dəvəti tərəflərə “yeni perspektivlər barədə müzakirələr aparmağa” imkan verəcək. **
R.Kərimov