30.05.2022 10:11

Qross: “Fransa səfirliyi Azərbaycanda minatəmizləmə işlərinə dəstək verir”

Fransanın Azərbaycandakı Zakari Qross mayın 28-də Füzuli rayonunda 23 yaşlı şəxsin minaya düşməsi ilə bağlı təəssüfünü bildirib.

“Mayın 28-də Füzuli rayonunda 23 yaşlı fermer Xəyal Abdullayevin minaya düşərək yaralanması xəbərini təəssüflə qarşılayıram. Ona tam sağalmağı diləyirəm. Fransa səfirliyi minatəmizləyənlər üçün detektorlar və alət dəstləri ilə Azərbaycanda minatəmizləmə işlərinə dəstək verir”, - deyə səfir Twitter-də yazıb.

Xatırladaq ki, mayın 28-si saat 18.00 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1999-cu il təvəllüdlü Xəyal Abdullayevin çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Xəyal Abdullayevin rayonun Gorazıllı kəndi ərazisində minaya düşməsi nəticəsində xəsarətlər alması müəyyən edilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.*


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.