2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 686,3 milyon manatlıq ($403,7 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə əməliyyatların həcmi 2 dəfə artıb.
Yanvar ayında aparılan əməliyyatların həcmi 204,7 milyon manat, fevral ayında 186,5 milyon manat, martda – 158,5 milyon manat, apreldə - 136,6 milyon manat təşkil edib.
2021-ci ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 1,3 milyard manat ($764,7 milyon) təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 3 dəfə çoxdur.**
B.Rüstəmbəyov