Energetika naziri Pərviz Şahbazov bu gün Bakıda rumıniyalı həmkarı Virgil Daniel Popesku ilə görüşüb.
“Tərəflər Azərbaycandan təbii qaz və neftin tədarükü, həmçinin Azərbaycan və Gürcüstan ilə Rumıniya arasında Qara dəniz sualtı elektrik enerjisi və rəqəmsal qoşulma layihəsi ilə bağlı müzakirələr aparıblar. Bu layihə vasitəsilə Xəzər dənizinin nəhəng külək enerjisi potensialı hesabına Avropaya “yaşıl” enerjinin ixracının mümkünlüyündən bəhs edilib”, - deyə Energetika Nazirliyinin məlumatında bildirilir.
P.Şahbazov qeyd edib ki, Xəzər dənizinin külək enerjisindən istifadə investorların marağındadır və tezliklə bu istiqamətdə imzalanacaq müqavilə “yaşıl” elektrik enerjisinin ixrac imkanlarını artıracaq.*
N.Abbasova