Prezident İlham Əliyev İranda sərnişin qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar bu ölkənin prezidenti Seyid İbrahim Rəisiyə başsağlığı verib.
“Məşhəd-Yəzd istiqamətində hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”, - deyə dövlət başçısının rəsmi saytında dərc olunmuş məktubda bildirilir.
“Associated Press” agentliyinin məlumatına görə, iyunun 8-də səhər saatlarında İranda sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı 17 nəfər həlak olub, 50 nəfər yaralanıb.*
X.Nəsirzadə