Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Qəbələ rayonunun Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sənədin mətni dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 12,7 milyon manat ayrılır.
Vəsait “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
Avtomobil yolu yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir. **
B.Rüstəmbəyov