Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Bakı və İrəvan, hər iki tərəf fəal iş görəcəyi halda, bir il ərzində sülh sazişi imzalaya bilər.
“Biz münaqişəni həll etdik, Minsk qrupu tərəfindən hazırlanmış və Madrid prinsipləri adlandırılan prinsiplər öz həllini tapıb və artıq biz Ermənistanla münasibətləri normallaşdırmaq, sülh sazişi imzalamaq üzərində çalışmalıyıq. Hesab edirəm ki, hər iki tərəf xoş məramla çalışsa, biz sülh sazişini bir il ərzində imzalaya bilərik. Daha sonra Qafqaza sülh gələcək”, - Əliyev cümə axşamı IX Qlobal Bakı Forumunda çıxışında bildirib.
Onun sözlərinə görə, Bakının mövqeyi Cənubi Qafqazda inteqrasiya və əməkdaşlıqdan ibarətdir. «Azərbaycan bir neçə dəfə buna start verməyi, ilkin addımları atmağı təklif edib”, - o əlavə edib. **
A.Əzizov