2022-ci ildə Azərbaycan hökuməti azad edilmiş ərazilərin – Qarabağ və Şərqi Zəngəzurun bərpası üzrə işlərin maliyyələşmsinə əlavə 470 milyon manat ($276,5 milyon) yönəldəcək.
Xəbər verildiyi kimi, 2022-ci ilin dövlət büdcəsində u məqsədlər üçün 2,2 milyard manat səviyyəsində ($1,3 milyard) xərclər nəzərdə tutulur. Beləliklə, cari il bu məqsədlərin maliyyələşməsi xərcləri 2 milyard 670 milyon manat təşkil edəcək.
APA informasiya agentliyinin məlumatına görə, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi parlamentə təqdim olunub. Eyni zamanda, xərclərin artırılması istiqamətlərindən biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa işlərinə əlavə 470 milyon manatın ayrılması olacaq.
Agentliyin materiallarına əsasən, 2022-ci ilin yanvar-may aylarında azad edilmiş ərazilərin enidən qurulması və bərpasıüzeə işlərə dövlətbüdcəsindən 1 milyard 60 milyon manat ayrılıb, bu da 2021-ci ilin 5 ayının göstəricisindən 3,6 dəfə çoxdur.
Bundan əlavə, 2022-ci ildə Azərbaycan hökuməti müdafiə və milli təhlükəsizliyin təminatına əlavə təxminən 595 milyon manat (cari məzənnə ilə $350 milyon) ayıracaq. Bütövlükdə, 2022-ci ildə bu xərclər maddəsi üzrə maliyyələşmənin həcmi dəyişikliklər nəzərə alınmaqla 5 milyard 94,759 milyon manat (təqribən $3 milyard) təşkil edəcək. **
R.Əhmədov