20.06.2022 14:24

Azərbaycanın qərbində avtomobil yolunun tikintisi üçün AAYDA-ya 2,1 milyon manat ayrılacaq

Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Ağstafa rayonunun Ağstafa–Poylu–Gürcüstanla dövlət sərhədi (11 km)–Qıraq Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sənədin mətni dövlət başçısının saytında dərc olunub.

Sərəncama əsasən, bu məqsədlər üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,1 milyon manat ayrllır.

Vəsait “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.

Avtomobil yolu dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirir. **

E.Şəfiyev


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.