20.06.2022 15:28

Əliyev və Mirziyoyev Azərbaycanla Özbəkistan arasında münasibətlərin möhkəmlənməsi məsələlərini müzakirə edəcəklər

Azərbaycan prezidenti İlham Əliyevin 21-22 iyun tarixlərində Özbəkistana rəsmi səfəri zamanı mühüm ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur. Bu barədə Özbəkistan prezidentinin saytında məlumat verilir.

“Cari il 21-22 iyun tarixlərində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ÖzbəkistanRespuiblikasının prezidentiŞavkat Mirziyoyevin dəvəti ilə ölkəmizə rəsmi səfər edəcək. Azərbaycan və Özbəkistan prezidentləri arasında yüksək səviyyədə danışıqların yekunlarına dair sənaye, nəqliyyat, ASK, energetika, elm və innovasiyalar, turizm və s. sahələrdə praktiki əməkdaşlığın dərinləşməsinə yönələn mühüm ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur”, - məlumatda qeyd olunur.

“İnterfaks-Azərbaycan” məlumat verir ki, iki ölkənin liderləri Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin gələcəkdə möhkəmlənməsi və çoxplanlı əməkdaşlığın genişlənməsi məsələlərini müzakirə edəcəklər.

“İki dövlətin liderləri qarşılıqlı ticarət həcminin artırılması, biznes və regionlar səviyyəsində kooperasiya əlaqələrinin güclənməsi, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin inkişafı, nəqliyyat-tranzit sahəsində imkanlardan səmərəli istifadə, fəal mədəni-humanitar mübadilənin davam etdirilməsinə xüsusi diqqət ayıracaqlar”, - məlumatda deyilir.

Məlumata əsasən, Əliyevin Daşkəndə səfəri ərəfəsində Özbəkistan və Azərbaycanın aparıcı şirkət və müəssisələrinin iştirakı ilə biznes tədbirlər keçirilir.

“Son illər ərzində qarşılıqlı ticarət göstəriciləri və birgə müəssisələrin sayı mühüm dərəcədə artıb. 2021-ci ildə ticarət dövriyyəsinin həcmi 42%, cari ilin yanvar-may aylarında isə 49% artıb”, - məlumatda vurğulanır. **

E.Şəfiyev


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.