Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 21-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyunun 21-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,7892 manat/1EUR səviyyəsində (iyunun 17-nə 1,7895 manat/1EUR) müəyyən edilib.
AMB iyunun 21-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0307 manat/1RUB səviyyəsində (iyunun 17-nə 0,0300 manat/1RUB) müəyyən edib.
İyunun 21-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0,0982 manat/1TRY səviyyəsində (iyunun 17-nə 0,0980 manat/1TRY) müəyyən edilib.*