2022-ci ilin yanvar-may aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 624 milyon 361,9 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 39,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 1 milyon 720,2 min nəfər (artım 96,2%), dəniz nəqliyyatı ilə 6,8 min nəfər (artım 28,3%), hava nəqliyyatı ilə 610,4 min nəfər (artım 55,4%) daşınıb.
Yanvar-may aylarında avtomobil nəqliyyatı vasitələri ilə 540 milyon 376,4 min sərnişin (artım 21,3%), avtobuslarla 510 milyon 905,3 min sərnişin (artım 25,2%), taksilərlə 29 milyon 471,1 min sərnişin (azalma 21,4%) daşınıb.
Sərnişindaşıma fəaliyyətini 2021-ci il mayın 31-dən bərpa etmiş Bakı Metropolitenində 2022-ci ilin yanvar-may aylarında 81 milyon 648,1 min sərnişinə (artım 230,6 dəfə) xidmət göstərilib.*
B.Rüstəmbəyov