Türkiyə Respublikasının Konya şəhərində Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotlarının iştirakı ilə “Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təlimi keçirilir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Plana uyğun olaraq hərbi pilotlar şərti düşmənin hava hücumundan müdafiə vasitələrini məhv etdikdən sonra təyin olunan hədəflərə aviasiya zərbələri endiriblər”, - deyə məlumatda bildirilir.
Beynəlxalq taktiki-uçuş təlimi iyul ayının 1-dək davam edəcək.*
E.Şəfiyev