Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Fransaya səfəri çərçivəsində Fransa Sahibkarlar Təşkilatının (MEDEF) nümayəndələri ilə görüşüb. Bu barədə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev məlumat verib.
“Xələfovun Parisə səfərinin birinci günü siyasi dialoqa həsr olunub. Bu səfər Fransa iş adamları ilə söhbətdən başlayacaq. Azərbaycan Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olaraq qalır”, - deyə o, Twitter hesabında yazıb.*
E.Şəfiyev