Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 23-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyunun 23-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,7965 manat/1EUR səviyyəsində (iyunun 22-nə 1,7842 manat/1EUR) müəyyən edilib.
AMB iyunun 23-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0315 manat/1RUB səviyyəsində (iyunun 22-nə 0,0309 manat/1RUB) müəyyən edib.
İyunun 23-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0,0980 manat/1TRY səviyyəsində (iyunun 22-nə 0,0981 manat/1TRY) müəyyən edilib.**
B.Rüstəmbəyov