1 iyul 2022-ci ildən etibarən Hesablama Palatasının sədri və auditorların vəzifə maaşı hesablamaları sistemi dəyişir.
Milli Məclis çərşənbə günü keçirilən plenar iclasda "Hesablama Palatası haqqında" qanuna dəyişikliklər layihəsini I oxunuşda qəbul edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, dəyişikliklərə əsasən, iyulun 1-dən Hesablama Palatasının sədri və auditorların vəzifə maaşının parlamentin rəhbərliyin vəzifə maaşına bərabərliyi ləğv olunur. Bunun əvəzinə Hesabalama Palatasında təsbit edilmiş vəzifə maaşı sistemi tətbiq olunacaq.
Xüsusilə, 2022-ci il iyulun 1-dən Hesablama Palatasının sədrinin aylıq vəzifə maaşı 3150 manat, sədr müavininin – 2800 manat, auditorların - 2625 manat təşkil edəcək.
Bundan başqa, iyulun 1-dən Hesablama Palatasının üzvlərinə hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə ödəniləcək. **
R.Əhmədov