“Azərsu” ASC Binəqədi qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinə 13 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, «Protean Construction» QSC ilə müvafiq müqavilə bağlanıb.
Müqavilənin dəyəri – 12 milyon 901,024 min manatdır. **
B.Rüstəmbəyov