Azərbaycan hökuməti ölkədə inflyasi səviyyəsinin azalması məqsdədilə kompleks tədbirlər həyata keçirir. Bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.
“Antiinflyasiya tədbirlərinin əsas hissəsi Azərbaycana idxal olunan ərzaq mallarının gömrük rüsumu və vergilərin azalması ilə əlaqədardır, bu da qiymətləri bir qədər azaltmağa imkan yaradacaq. Bununla əlaqədar zəruru qərarlar alınır”, - Şərifov cümə axşamı jurnalistlərə bildiirb.
Onun sözlərinə görə, bundan əlavə, malların süni qiymət artımının qarşısını almaq məqsədilə tədbirlər görülür.
2022-ci ilin əvvəlindən Azərbaycanda inflyasiya təzyiqinin artımı müşahidə olunur. Yanvar-may aylarının yekunları üzrə inflyasiya 12,6% təşkil edib.
İqtisadiyyat Nazirliyi cari vəziyyətlə əlaqədar 2022-ci iln inflyasiya proqnozunu ilkin 4%-dən 12,5%-ə qədər artırıb.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib. **
E.Şəfiyev