Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər və nəqiyyat nazirlərinn ikinci görüşü 2022-ci iln payızında Qazaxıstanda keçiriləcək.
Xəbər verildiyi kmi, nazirlərin bu formatda birinci görüşü iyunun 27-də Bakıda keçirilib.
“Tərəflər bu formatda növbəti görüşü cari ilin payızında Qazaxıstana keçirilməsinə dair razılaşıblar”, - “İnterfaks-Azərbaycan”a diplomatik mənbə məlumat verib.
Onun sözlərinə görə, görüş iştirakçıları regionda dəmir yolları və neft kəmərləri kimi birgə layihələrin vəzityyəti və reallaşdırılması perspektivlərini müzakirə ediblər. “Nazirlər nəqliyyat həcminin artırılması üçün limanlarda texniki və tarif şərtlərinin vaxtında modernləşməsi tələb olunması rəyinə gəliblər, bu da bütün ticari-iqtisadi əməkdaşlığın drayveri olacaq. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı məsələsinə xüsusi diqqət ayrılıb”, - o vurğulayıb. **
R.Əhmədov