İyulun 1-də Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Milli Məclisin sədri Sahibə Qafarova ilə telefon danışığı aparıb. Bu barədə Dövlət Dumasının rəsmi saytında məlumat verilib.
Söhbət zamanı Dövlət Duması və Azərbaycan parlamenti arasında qarşılıqlı fəaliyyət, parlamentlər səviyyəsində münasibətlərin inkişafı məsələləri müzakirə olunub.
Volodin Qafarovanın dəvəti ilə 2022-ci ilin sentyabr ayının ortalarında Azərbaycana rəsmi səfər edəcəyini təsdiqləyib.*
R.Əhmədov