Türkiyənin vitse-prezidenti Fuat Oktay “TRT Haber”ə Türkiyə-Türkmənistan-Azərbaycan üçtərəfli sammitinin keçiriləcəyinin planlaşdırıldığını bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədovu Türkiyəyə dəvət etdiyini söyləyən Oktay, səfərdən sonra Türkiyə-Türkmənistan-Azərbaycan üçtərəfli sammitinin keçiriləcəyini bildirib.*
R.Kərimov