04.07.2022 13:59

Abşeronda avtomobil yolunun tikintisi üçün AAYDA-ya 1,4 milyon manat ayrılıb

Prezident İlham Əliyev “Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.

Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 1,4 milyon manat ayrılır.*

E.Şəfiyev


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.