05.07.2022 14:50

Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi üçün AAYDA-ya 6,9 milyon manat ayrılıb

Prezident İlham Əliyev “Qazax rayonunun Qarapapaq–Çaylı avtomobil yolununtikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.

Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində 6,9 milyon manat ayrılır.

Avtomobil yolu on dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.*

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.