06.07.2022 09:36

“Azərsu” Novxanı və Saray qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 9,3 milyon manatdan çox vəsait yönəldəcək

“Azərsu” ASC Novxanı və Saray qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satın alınmasına 9 milyon 377,067 min manat yönəldəcək.

“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən xəbər verir ki, “Archico” MMC ilə müvafiq müqavilə bağlanıb.*

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.