07.07.2022 12:35

Şəkidə “Şəhər günü” qeyd olunur

Bu gün Şəkidə “Şəhər günü” ilə əlaqədar bayram tədbiri keçirilib.

“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir ki, tədbirin təşkilatçıları Şəki Şəhər İcra Hakimiyyəti, Dövlət Turizm Agentliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqıdır.

“Şəhər günü” çərçivəsində yerli sahibkarların hazırladıqları məhsulların satış-sərgisi keçirilib, şəhərin tarixi mərkəzində milli tamaşalardan səhnəciklər nümayiş etdirilib, konsert proqramı, yerli rəssamların əsərlərindən ibarət sərgi təşkil olunub.

Tədbir çərçivəsində iyulun 7-də “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olacaq.

Şəhər sakinləri və qonaqlar iyulun 8-9-da musiqi festivalı çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edə biləcəklər.*

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.