Aİ-Azərbaycan Əməkdaşlıq Şurası iyulun 19-da keçirilən iclasda Bakı ilə Brüssel arasında ikitərəfli gündəlik, həmçinin regional məsələləri müzakirə edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“İyulun 19-da Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 18-ci iclası keçiriləcək. İclasda Azərbaycan tərəfinə XİN başçısı Ceyhun Bayramov, Aİ-yə - xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəJozep Borrelrəhbərlik edəcəklər”, - agentliyin həmsöhbəti qeyd edib.
Onun sözlərinə görə, tərəflər ikitərəfli gündəliklə bağlı cari vəziyyəti müzakirə edəcəklər, tərəfdaşlıq və, Şərq Tərəfdaşlığı proqramının prioritetləri və İqtisadi və İnvestisiya Planının reallaşdırılmasına xüsusi diqqət ayıracaqlar.
“Bundan əlavə, iclasda tərəflər regional proseslərə, o cümlədən, demokratiya, qanunun aliliyi və insan haqqları məsələləri də daxil olmaqla, siyasi məsələlərə dair fikir mübadiləsi aparacaqlar”, - o vurğulayıb. **
A.Əzizov