Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 14-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyulun 14-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,704 manat/1EUR səviyyəsində (iyulun 13-nə 1,706 manat/1EUR) müəyyən edilib.
AMB iyulun 14-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0281 manat/1RUB səviyyəsində (iyulun 13-nə 0,0279 manat/1RUB) müəyyən edib.
İyulun 14-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0,0974 manat/1TRY səviyyəsində (iyulun 13-nə 0,0981 manat/1TRY) müəyyən edilib.*
X.Nəsirzadə