Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan Tehranda Astana formatlı sammit çərçivəsində Suriya nizamlanması, Qarabağ ilə bağlı məsələləri və ikitərəfli gündəliyi müzakirə edirlər.
Putin xatırladıb ki, bu yaxınlarda Xəzər sammiti çərçivəsində Azərbaycan prezidenti ilə görüşüb, “ondan sizə çoxlu salam var”, o deyib. “Bizim çox geniş gündəliyimiz var”, - Putin qeyd edib.
RF prezidenti etiraf edib ki, Ərdoğanı görməyə çox şaddır. “Təqribən bir ildir ki, görüşmürük”, - Putin deyib.
Ərdoğan cavabında: “Telefon vasitəsilə çox danışmışıq”, deyib. “Dəqiq belədir, bu yaxşıdır. Həmkarlarımız da daimi rejimdə təmasdadırlar”, - Putin cavab verib.
Rusiya liderinin sözlərinə görə, Rusiya və Türkiyə münasibətləri inkişaf edir, “heç nəyə baxmayaraq, ticarət dövriyyəsi artır, həm də böyük templərlə”.
O cümlədən, Putin Astana “üçlüyü” sammiti çərçivəsində Ərdoğanla ikitərəfli görüş keçirmək imkanı əldə etməkdən məmnunluq ifadə edib, çünki fikrincə, çox sayda məsələlər yığılıb qalıb. **