21.07.2022 00:11

Əliyev Sumqayıtda şüşə tara məhsullarının istehsalı müəssisəsinin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı müəssisəsinin açılışında iştirak edib.

Ümumi investisiya dəyəri 20 milyon manatdan çox olan müəssisədə il ərzində 90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) istehsal olunacaq.

Müəssisədə istehsal edilən məhsullar daxili tələbatı tam ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq.

Sənaye Parkının 2,6 hektar ərazisində inşa edilmiş müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək.

Müəsisənin təməli 2021-ci il yanvarın 18-də Azərbaycan prezidenti tərəfindən qoyulub. Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın “HORN Glass Industries AG” şirkəti tərəfindən həyata keçirilib. **

R.Kərimov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.