Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Az-Tex-Import”MMC-nin yük və xüsusi təyinatlı avtomobillər istehsalı üzrə müəssisənin təməlqoyma mərasimində iştirak edib.
İnvestisiya dəyəri 19,2 milyon manat olan müəssisədə İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillər istehsal ediləcək. İl ərzində 100 ədəd avtomobilin istehsal olunacaq.
Plana əsasən, müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, Rusiya, Gürcüstan, Türkmənistan və İrana ixrac ediləcək.
4 hektar ərazisində yaradılan müəssisədə 90 nəfər daimi işlə təmin olunacaq. **
R.Kərimov