21.07.2022 01:38

Azərbaycanda 10 milyon manat dəyərində sulfat turşusu istehsalı müəssisəsi istifadəyə verilib

Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında (SKSP)“Azərsulfat” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni inşa edilmiş sulfat turşusu istehsalı müəssisəsinin açılışında iştirak edib.

Ümumi investisiya həcmi 10 milyon manatdan çox olanmüəssisədə mineral gübrələrin (superfosfat, amonium-sulfat) istehsalında, kimya sənayesi və metallurgiyada, neft sənayesində təmizləyici maddə kimi istifadə olunan sulfat turşusu məhsulunun istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 20 min tondur. Onun 10 min tonunu daxili bazar, 10 min tonunu isə ixrac üçün planlaşdırılır. Artıq Gürcüstandan “Rustavi azot” müəssisəsi ilə müqavilə bağlanılıb. Qazaxıstandan və Rusiyadan da sulfat turşusu üçün müraciətlər daxil olur.

Müəssisəsi Sənaye Parkının 1,5 hektar ərazisində inşa edilib. Burada 34 nəfər çalışacaq.

2021-ci il yanvarın 18-də Azərbaycan prezidentinin iştirakı ilə sulfat turşusu istehsalı müəssisənin təməli qoyulub. **

R.Kərimov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.