Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində“Azərbaycan Vanhong Ceramics Co” MMC-nin keramik plitələr istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak edib.
100 faiz Çin kapitallı layihənin investisiya dəyəri 70 milyon manata yaxındır. Müəssisədə Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə keramik plitələr istehsal ediləcək.İllik istehsal gücü 18,5 milyon kvadratmetr keramik plitə təşkil edəcək.
Müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, region və MDB ölkələrinə ixrac olunacaq.
22,8 hektar ərazisi olan müəssisədə 400 nəfər daimi işlə təmin olunacaq.
Əliyev şirkətinnAzərbayanda fəaliyyətini genişləndirəcəyinə ümidvar olduğunu bildirib. “Siz Çindən kənarda cəmi 4 ölkədə müəssisə qurmusunuz. Azərbaycan beşinci ölkədir. (...) Azərbaycanda investisiya iqlimi çox yaxşıdır. Burada 400 nəfər işləyəcək, yaxşı maaş alacaq. İnvestisiyaların həcmi də kifayət qədər böyükdür - 70 milyon manata yaxındır. Amma bu, hələ birinci mərhələdir. Əminəm ki, siz fəaliyyətinizi bundan sonra digər sahələrdə də genişləndirəcəksiniz”, - dövlət başçılsının saytındakı məlumatda Əliyevin sözlərindən sitat gətirilir. **
R.Kərimov