Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində“Tədqiqat və inkişaf, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili” layihəsi çərçivəsində “4MAPS Bilgi Teknolojileri” MMC tərəfindən inşa ediləcək yeddi mərtəbəli biznes mərkəzinin təməlqoyma mərasimində iştirak edib.
Müəssisənin yaradılmasına sərmayələr 10 milyon manat həcmində qiymətləndirilir.
Layihə sahəsi - 1,5 hektardır, müəssisədə 750 daimi iş yerinin yaradılması nəzərdə tutulur.
“4MAPS Bilgi Teknolojileri” MMC “Apple Maps” “Here Technologies” tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, “Yandex Maps” tətbiqinin isə Azərbaycan üzrə təmsilçisidir.
Yeni inşa ediləcək mərkəzdə proqram məhsulları, oyunlar, “metaverse” tətbiqlərinin hazırlanması xidmətlərinin də göstərilməsi planlaşdırılır. Layihənin reallaşdırılması ilə Şərqi Avropa, Gürcüstan, MDB, Orta Asiya ölkələri üçün xəritələrin formalaşdırılması mərkəzi (prosessinq mərkəzi) Azərbaycanda fəaliyyət göstərəcək. **
R.Kərimov