Cənub Qaz Dəhlizi birbaşa Bolqarıstana gedir, bu da, təbii ki, gələcəkdə uzunmüddətli əməkdaşlıq üçün böyük potensialdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Şadam ki, biz enerji sahəsində aramızda iş birliyini qurmuşuq. Bolqarıstana Cənub Qaz Dəhlizi üzrə artıq birbaşa xətt gedir. Bu, təbii ki, gələcəkdə böyük potensialı olacaq uzunmüddətli əməkdaşlıqdır. Lakin nəinki enerji, o cümlədən ticarət, sərmayələr, birgə müəssisələrin yaradılması, turizm kimi digər sahələr də var”, - Əliyev cümə axşamı Bakıda Bolqarıstanın baş naziri Kiril Petkov ilə təkbətək görüş zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Bolqarıstan ilə Azərbaycan strateji tərəfdaşdırlar. “Biz nisbətən yaxın vaxtda müvafiq Bəyannaməni imzalamışıq. Bir sözlə, bu, olduqca yüksək səviyyəli əməkdaşlıqdır. Əlbəttə, strateji əməkdaşlıq bir çox sahələri, o cümlədən enerji təhlükəsizliyini əhatə edir. Bu mövzu hazırda qlobal gündəliyin ən üstün mövzularından biridir. Bu və digər məsələlər bu gün müzakirə olunacaq”, - Əliyev vurğulayıb.
Öz növbəsində, Kiril Petkov enerji sahəsindən başqa digər məsələləri - texnologiyalar, informasiya texnologiyaları, kənd təsərrüfatı, tikinti, logistika, Avropaya ixrac və enerji resurslarının bölüşdürülməsinin də müzakirəsinə hazır olduğunu bildirib. **