Sofiya qaz nəqli sahəsində Azərbaycanı vacib tərəfdaş hesab edir. Bu barədə Bolqarıstanın baş naziri Kiril Petkov cümə axşamı Bakıda bəyan edib.
“Bolqarıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq enerji və nəqliyyat sahələrində münasibətlərin genişlənməsi istiqamətində fəal inkişaf edir”, - Bolqarsıtan Milli Radisou Petkovun Azərbaycan prezidenti İlham Əliyev ilə görüşünün yekunlarına dair sözlərindən sitat gətirir.
“Biz Azərbaycanı təbii qaz nəqlinin şaxələndirilməsi və Şərqi Avropa və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinin artırılması sahəsində vacib tərəfdaş hesab edirik”, - Petkov əlavə edib. **
R.Əhmədov