Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İstanbulda Ukraynadan taxılın ixracı üzrə sazişin imzalanmasını alqışlayır.
“Ukraynadan taxılın ixracı üzrə sazişin imzalanmasını, eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antoniu Quterreşin uğurlu vasitəçilik səylərini alqışlayırıq”, - deyə XİN-in Twitter paylaşımında bildirilir.
Bakı İstanbul sazişini qlobal ərzaq təhlükəsizliyi üçün mühüm addım kimi qiymətləndirib və sazişin tezliklə həyata keçirilməsini gözləyir.
İyulun 22-də İstanbulda taxılın ixracı üçün dəhlizin yaradılması haqqında iki sənəd imzalanıb. Sənədlərdən birini BMT-nin baş katibi Antoniu Quterreş, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Türkiyənin müdafiə naziri Hulusi Akar, digərini isə Quterreş, Akar və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov imzalayıblar.*
R.Kərimov