Bazar ertəsi ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı ikitərəfli gündəliyi, həmçinin Ermənistanla Azrbaycan arasında sülh danışıqları ilə bağlı məsələləri, Ermənistan-Türkiyə münasibətlərini və regionda sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat verib.
Xüsusilə, Ermənistanla Azrbaycan arasında sülh danışıqları, Qarabağ, regional kommunikasiyaların açılması, əsirlərin qaytarılması, itkin düşənlərin taleyinin müəyyən edilməsi məsələləri müzakirə mövzusu olub.
Vurğulanıb ki, telefon danışığı əsnasında Blinken “ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın yuxarıda qeyd olunan bütün məsələlərin həllini dəstəkləməyə hazır olduğunu bildirib”.
O cümlədən, tərəflər regionda təhlükəsilzik və sabitlik məsələlərini müzakirə ediblər.
Bundan əlavə, həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərində baş verən prosesləri müzakirə etdilər.
“Dövlət katibi iyulun 11-də Ermənistanıln baş naziri ilə Türkiyə prezidenti arasında baş tutmuş telefon danışığını alqışlayaraq ABŞ-ın iki ölkə arasında münasibətlərin normallaşmasını dəstəkləməyə hazır olduğunu bildirib”, - məlumatda deyilir. **