28.07.2022 11:49

İmişli Rayonu İH II Qarabağ müharibəsi şəhidlərinin ailələri yaşayan kəndlərdə yolların əsaslı təmirinə 560 min manatdan artıq vəsait yönəldəcək

İmişli Rayonu İcra Hakimiyyəti İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri yaşayan kənddaxili avtomobil yollarının əsaslı təmiri üçün "ORİON-E" MMC-ni cəlb edib.

“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, cəmiyyət ilə qeyd olunan işlərin icrasına dair müqavilə bağlanıb.

Müqavilənin dəyəri – 560 min 441,5 manatdır. **

E.Şəfiyev


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.