Atlantika Şurası Analitik Mərkəzi (mənzil-qərargahı Vaşinqtondadır (ABŞ)) iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun cümə günü virtual formatda müzakirəsinin anonsunu verib.
“Avqustun 5-də saat 9:00-10:00-da vitrual formatda (Bakı vaxtı ilə 17:00-18:00) Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizindən keçməklə təbii qaz ixracının artırılmasına dair Anlaşma Memorandumunun və iqlim sahəsində əməkdaşlığın möhkəmlənməsinin müzakirəsi məqsədilə Atlantika Şurasının Qlobal Enerji Mərkəzi və Türkiyədəki Atlantika Şurasına qoşulun”, - “İnterfaks-Azərbaycan” agentliyi Atlantika Şurasına istinadən məlumat verir.
Qeyd olunur ki, müzakirələr Zoom platformasında keçiriləcək və YouTube, Twitter və Facebook platformalarında nümayiş olunacaq.
Anonsa əsasən, Avropa Komissiyasının enerji departamentinin baş direktoru Metyu Bolduin, SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov və Atlantika Şurasının Qlobal Enerji Mərkəzinin baş elmi əməkdaşı-qeyri-rezidenti Brenda Şaffer müzakirələrə dəvət olunublar. Modrator qismində Atlantika Şurasının Qlobal Enerji Mərkəzinin sədri Riçard Morninqstar çıxış edəcək. **
R.Kərimov