31.07.2022 19:26

Azərbaycanda İranla sərhəddə zəlzələ olub

Bazar günü Azərbaycan ərazisində İran sərhədi yaxınlığında 3,3 maqnitudalı zəlzələ baş verib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.

Seysmolqların operativ məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 18:35-də Cəlilabad rayonu ərazisində qeydə alınıb.

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, yerli vaxtla saat 18:35-də də Cəlilabad stansiyasından 20 km qərbdə Cəlilabad rayonunda zəlzələ qeydə alınıb”, - məlumatda deyilir.

Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.

Seysmoloqlar qeyd ediblər ki, yerli sakinlər tərəfindən yeraltı təkanlar hiss edilməyib. **

R.Kərimov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.