01.08.2022 12:25

Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirləri Daşkənddə əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər

Avqustun 2-də Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat (ticarət) və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşü keçiriləcək.

“Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin ilk görüşü avqustun 2-də Daşkənddə keçiriləcək”, - deyə Türkiyə XİN-in mətbuat xidmətindən bildirilib.

Nazirliyin məlumatına görə, bu üçtərəfli format Xəzərdən keçən Şərq-Qərb Orta nəqliyyat dəhlizi başda olmaqla, üç ölkənin ortaq gündəliyində yer alan məsələlərdə koordinasiya və əməkdaşlığın genişləndirilməsinə yönəlib.*

N.Abbasova


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.